Azərbaycan

Son bir ildə Təbrizdə minlərlə insan unfarkdan həyatını itirib

Bu barədə Təbriz Məzarlıqlar İdarəsinin başçısı məlumat verib.

Təbriz Məzarlıqlar İdarəsinin başçısı Fərrux Cəlali mediaya verdiyi açıqlamada son bir ildə koronovirus və ürək çatışmazlığı səbəbindən minlərlə təbrizlinin həyatını itirdiyini deyib.

Onun sözlərinə görə, bu müddət ərzində 13938 nəfər koronovirus və ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

“Son bir ildə Təbrizdə 4306 nəfər koronovirus xəstəsi, 4110-u qadın, 5317 kişi, 420 azyaşlı uşaq ürək çatışmazlığı, infarkt səbəbindən həyatını itirib”-deyə, Cəlali bildirib.

Qeyd edək ki, ürək-damar çatışmazlığı ilə yanaşı Güney Azərbaycan bölgələrində onkoloji xəstəliklər geniş yayılıb. Bu barədə Tehran Tibb Elmləri Universiteti, Gastroenterologiya və Qaraciyər Xəstəlikləri Araşdırma İnstitutunun direktoru Rza Məlikzadə açıqlama verib.

Bununla yanaşı Təbrizin Tibb Elmləri Universiteti elmi heyətinin üzvü İqdəm Nəsiri mediaya verdiyi açıqlamada mədə və ağciyər xərçəngi xəstəliyinə yoluxanların sayına görə Ərdəbil İran üzrə birinci yeri, Şərqi Azərbaycan əyaləti isə ikinci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button