Dünyaİran

Amerikanın təyyarədaşıyan gəmisi İran körfəzinə gəldi

Amerikanın təyyarədaşıyan Ayzenhaver döyüş gəmisi Hörmüz boğazını keçərək İran körfəzinin sularına daxil olub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (SENTCOM) məlumat yayıb.

Bildirilib ki, bu, bölgədə SEBTCOM-un öjdəliklərini yerinə yeetirmək və beynəlxalq su yollarında naviqasiya azadlığının təmin edilməsi məqsədi daşıyır.

“Təyyarədaşıyan Ayzenhaver gəmisi idarə olunan raket kreyseri, idarə olunan raket esminesi Gravelly (DDG 107) və USS Statham esminesi (DDG 63) və Fransız döyüş gəmisi Frigga Languedoc (D 653) tərəfindən müşayiət olunur”,- SENTCOM-un məlumatında qeyd edilib

Related Articles

Bir cavab yazın

Back to top button