Azərbaycanİran

Anadili hərəkatı məhbusu Əlirza Fərşi barəsindəki məhkəmə hökmləri birləşdirilib

Anadili hərəkatı məhbusu Əlirza Fərşinin barəsindəki məhkəmə hökmləri birləşdirilib. Əlirza Fərşi 14 noyabr 2023-cü ilədək həbsdə qalacaq.

Evin zindanının 4-cü palatasında həbsdə olan Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi yaxınları ilə telefon danışığı zamanı ona qarşı çıxarılan hökmlərin birləşdirilərək, barəsində 4 il həbs cəzasının qətiləşdiyini deyib.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 22-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Bir müddət sonra ona qarşı açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button