İqtisadiyyatİran

Artavil Tayer zavodunun işçiləri maaşların artırılmasını tələb edirlər

Takistan vilayətində yerləşən Artavil Tayer karxanasının işçiləri bir sıra müşküllərlə üzləşiblər. Belə ki, karxananın təkər sapı tolid edən vahidinin işçiləri aylıqların azlığı səbəbilə dolanışıqlarını təmin edə bilmirlər. Ərzaq qiymətlərindəki artım durumu daha da çətinləşdirib. Razi Təkər Sapı adı ilə də tanınan karxananın işçilərinə məzayaların ödənilməməsi də müşküllər sırasında yer alır. Bu səbəblə də onlar “Peşələrin Təbəqəbəndi Tərhi”nin icrasını istəyirlər. Bildirilib ki, İş Qanununda “Peşələrin Təbəqəbəndi Tərhi”nin icrası ancaq işçilərinin sayı 50-dən çox olan karxanalara şamil edilib. 100 nəfər işçisi olan bu karxana isə tərhin icrasından kənarda qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button