İqtisadiyyatİran

Astara dəmi̇r yolu layi̇həsi̇ni̇n i̇nvesti̇si̇ya problemi̇

1399-cu ildə Azərbaycanın Gilan və Astara dəmir yolu projəsinə iki il müddətinə 60 milyon dolarlıq sərmayənin yatırılması nəzərdə tutulub. Ancaq indiyədək bu miqdarın yalnız üçdə biri gerçəkləşib. Məsullar öhdəliyin tam yerinə yetirilməsi üçün maneələrin aradan qaldırılmasını gözləyirlər. İranla Azərbaycan Cümhuriyyəti arasındakı Astaradan-Astaraya dəmir yolu 1399-cu ilin fərvərdin ayında iki ölkə məqamlarının iştirakı ilə istifadəyə verilib. “Şimal Dəmir Yolu-2” Baş İdarəsi başqanının verdiyi məlumata görə, 1399-cu ilin əvvəlindən dey ayının sonunadək Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana 176 min 211 ton məhsul sadir edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 64 artım olduğunu göstərir. Qulamhüseyn Vələdi bildirir ki, sözügedən müddətdə Astara dəmir yolu terminalından 316 min 167 ton mal daşınıb və 1398-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 4 artıb. Eyni zamanda, adı çəkilən dəmir yolu terminalından İrana 125 min 863 ton mal varid edilib. Məlumata görə, Astara dəmir yolu Ənzəli və Rəşt limanlarına birləşdikdən sonra Quzey-Güney koridoru tam işə düşəcək. Bununla da Çabahar kimi güney limanlarının Ənzəli və Astara limanları ilə bağlantısı təmin ediləcək. Nəticədə xaricə dəmir yolu tranziti mümkün olacaq. Astara yük terminalıyla dəmir yolunun tamamlanması xarici sərmayə yatırımının tam həyata keçirilməsindən asılıdır.

Related Articles

Bir cavab yazın

Back to top button