İran

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranı ittiham etdi

Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın son raporuna görə, İranın zənginləşdirilmiş uranyom ehtiyatları icazə həddini 10 qat keçib. Bu raporda, ajansın bazrəslərinin İrandakı iki münaqişəli atom saytından birinə baş çəkdikləri deyilir.

Qeyd edək ki, Beynəlmiləl Atom Enerjisi Ajansı şəhrivərin 14-ü, cümə günü axşam BƏRCAM çərçivəsində İranın atom fəaliyətinə nəzarətə dair son raporunu yayıb.

Fransa Xəbər Ajansı-AFP-nin verdiyi məlumata görə, atom razılaşmasına əsasən, İranın zənginləşdirilmiş uranyomunun miqdarı 300 kilodan çox olmamalıdır ki, bu da 202.800 kilo uranyoma bərabərdir.

Beynəlmiləl Atom Enerjisi Ajansı yeni raporunda, İranın uranyom ehtiyatlarını 2015 kiloya çatdırdığını, bunun da atom razılaşması üzrə icazə verilən miqdarın 10 qatından çox olduğunu bildirir.

Bildirək ki, 2015-ci il razılaşması Vyəndə İslam Cumhuriyəti və altı dünya gücünün (Amerika, Rusiya, Çin, Fransa, İngiltərə və Alman) nümayəndələri arasında imzalanıb.

Related Articles

Bir cavab yazın

Back to top button