Dünyaİran

Avropa Birliyi İranda vurulmuş təyyarə ilə bağlı qərar verdi

Avropa Birliyi Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar İrana qarşı birtərəfli sanksiya tətbiq etməyəcək.

Bu barədə TASS öz mənbələrinə istinadla xəbər verib.

Qeyd olunur ki, AB bu mərhələdə sanksiyaların tətbiq olunmasına “heç bir səbəb görmür”.

Brüsseldə qeyd edilib ki, əvvəl istintaqın nəticələri açıqlanmalıdır.

Xatırladaq ki, yanvarın 8-də göyərtəsində 176 nəfərin olduğu sərnişin təyyarəsi “Boeing 737-800” Tehranda qəzaya uğrayıb. Yanvarın 10-da İran XİN qəzaya “insan səhvi”nin səbəb olduğunu, təyyarənin düşmən obyekti ilə səhv salınaraq raketlə vurulduğunu açıqlayıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close