İran

Avropa Birliyinin xarici siyasətlər məsulunun müavini İrana gedəcək

İranın xarici İşlər vəzirliyinin siyasi işlər müavini Əli Baqiri Kəni dünən Mehr ayının 20-i bildirib ki, Avropa Birliyinin xarici siyasətlər məsulunun müavini Enrik Mora Mehr ayının 22-i Tehrana səfər edəcək.

Əli Baqiri Kəni Tuitterində yazıb: “bölgədə və beynəlxalq səviyədə son danıçıqların ardınca sabah Avropa Birliyinin xarici İşlər üzrə müavini Enrik Moranı qarşılayacağam. Bu səfərdə ikili və bölgə məsələləri, o cümlədən Əfqanıstan və təhrimlərin qaldırılması barədə düşüncə mübadiləsi olunacaq.”.

İranın xarici İşlər vəzirliyinin sözçüsü Səid Xətibzadə də Moranın səfəri barədə deyib: “bu dəfə, iki ölkə arasında mövzular o cümlədən İran ilə Birliyin ilgiləri, Əfqanıstan və BƏRCAM barədə iki tərəfli danışıqların davam etdirilməsi nəzərə tutultr. İki tərəfin danışıqları heç vaxt kəsilməyib və ardıcıl olaraq müxtəlif mövzular üzrə davam edir. Bu səfər də, elə həmin çərçivədə olunacaq.”.

Related Articles

Bir cavab yazın

Back to top button