“ANT”nın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Stefan de Kersmaker Brüsseldə keçirdiyi brifinqdə deyib.
Bizim yanaşmamız elmi dəlillərə əsaslanır. Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər vəziyyəti müzakirə etmək və sonrakı addımları necə əlaqələndirmək barədə düşünmək üçün bir araya gəliblər. Səhiyyə Təhlükəsizliyi Komitəsi razılaşıb ki, meymunçiçəyi hal-hazırda Avropada fövqəladə hal hesab edilmir”, – deyə o qeyd edib.