
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik İttifaqa sədrliyin prioritetlərini də açıqlayıb. Bura Ukrayna münaqişəsinin həllinə kömək, enerji təhlükəsizliyi və miqrasiya daxildir.
Baş nazir Petr Fiala bir müddət əvvəl bildirmişdi ki, yaxın vaxtlarda Ukrayna prezidenti ilə birgə zirvə görüşü təşkil etmək niyyətindədir. Görüşdə uzun müddətdir quruma üzv olmaq istəyən ölkələrin də məsələsi müzakirə ediləcək.