İran

SEPAH məmurları iki etnik bəluçu güllələyərək öldürüb

Iyunun 29-da Sistan-Bəluçistan əyalətində qətl hadisəsi baş verib. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məmurları Zahidan şəhərinin yaxınlığında yerləşən Təl siyah kəndi yolunda iki etnik bəluçu güllələyib.

Bu barədə bəluç fəallar xəbər yayıblar.

Məlumatda Rəhmətullah Alizehi və İbrahim Alizehi adlı iki qardaşın şəxsi avtomobilinə açılan atəş nəticəsində hər ikisinin hadisə yerində öldükləri bildirilir.

Bəluç fəalların verdiyi məlumata görə, İnqilab Keşikçiləri Korpusu məmurları qardaşlara xəbərdarlıq etmədən atəş açıb.

Onların hansı səbəbdən atəşə tutulduqları barədə heç bir məlumatverilmədiyi deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button