İran

FİFA İran Futbol Federasiyasından qadınların Məşhəddəki stadiona girişinə mane olması ilə bağlı izahat tələb edib

Beynəlxalq Futbol Federasiyası (FİFA) qadınların Məşhəd şəhərindəki “İmam Rza” stadionuna girişinin qarşısının alınmasından xəbərdar olduğunu bildirərək İranın Futbol Federasiyasının rəsmilərindən əlavə məlumat istəyib.

“Aznews tv”xəbər verir ki, FİFA bu barədə yazıb: “FİFA-nın İranda qadınların futbol yarışlarına buraxılması ilə bağlı mövqeyi aydındır: Tarixi irəliləyişlər əldə olunub – məsələn, 2019-cu ilin oktyabrında minlərlə qadına 40 ildə ilk dəfə stadionlara buraxılmasına icazə verilib”.

“Bu yaxınlarda, yanvar ayında bəzi iranlı qadınlara yenidən FİFA-nın oyununa getməyə icazə verildi”, – deyə FİFA-nın məlumatında vurğulanıb.

FİFA sonda qeyd edib ki, İranda bu prosesin davam edəcəyinə ümid edir

Related Articles

Bir cavab yazın

Back to top button