İran

Avropa üçlüyündən xəbərdarlıq: “Nüvə razılaşmasını canlandırmaq istiqamətində sürətlə yolun sonuna çatmaqdayıq”

İranla Vyanada nüvə danışıqları aparan Avropa üçlüyü, (Böyük Britaniya, Fransa və Almaniya) birgə bəyanat yayaraq, 2015-ci ildə imzaslanmış nüvə razılaşmasının tamamilə məv olunmaq ərəfəsgində olması barədə xəbərdarlıq ediblər.

Birgə bəyanat dekabrın 14-də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi xüsusunda keçirdiyi iclasına qatılan Fransa səfiri Nikolas De Rivyer tərəfindən oxunub.

Bəyanatda deyilir ki, nüvə razılaşmasını canlandırmaq üçün qapılar hələ də İranın üzünə açıqdır.

“Lakin biz nüvə razılaşmasını canlandırmaq istiqamətində sürətlə yolun sonuna çatmaqdayıq”, -deyə bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, İran son iki ildə nüvə proqramını həddən artıq inkişaf etdirib, MAQATE müfəttişlərinin nüvə tisisatlarına nəzarətini məhdudlaşdırıb.

“İran İslam Respublikasının nüvə proqramı heç vaxt indiki qədər inkişaf etməyib. Bu gün İranın nüvə fəaliyyətini misli görünməmiş tərzdə gücləndirnməsi beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. Biz artıq elə bir nöqtəyə gəlib çatmışıq ki, İranın nüvə fəaliyyətini gücləndirməsi və bu yola davam etməsi nüvə razılaşmasının tamamilə məhvinə gətirib çıxara bilər.

Hesab edirik ki, İran nüvə razılaşmasının tamamilə məhv olunması və ya İran xalqının xeyrinə olan mükəmməl və ədalətli yeni bir razılaşmanın əldə olunması variantlarından birini seçməlidir”, -deyə Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramı ilə bağlı yaydığı birgə bəyanatında bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button