AzərbaycanDünyaİran

Avropada Yaşayan Bütün Türkləri Güney Azərbaycanın “Azadlıq və Ədalət Yürüşünə” çağırırıq!

Çağırış – 4

Avropada Yaşayan Bütün Türkləri Güney Azərbaycanın “Azadlıq və Ədalət Yürüşünə” çağırırıq!

Bilindiyi kimi, 25 Mart 2023 cuma ertəsi günü Brüksel şəhərində Güney Azərbaycan Türklərinin “Azadlıq və Ədalət Yürüşü” adlı böyük mitinqi həyata keçiriləcəkdir.

Bu mitinqdə Güney Azərbaycan Türklərinin faşist və irqçi İran rejiminə qarşı mücadiləsinin haq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaqdır.

Bu mitinqdə özəlliklə də çürümüş və fəsada boğulmuş İran rejiminin son aylarda orataya çıxan etirazları qanla basdırması protesto ediləcək və dünyaya duyurulacaq. Çünki İran rejiminin son aylarda qətl etdiyi 500-dən çox etirazçının böyük qismi Türklərdən ibarətdir. İranda məhbus olan bütün zülm altındaki millətlər ayağa qalxmışkən, təbii ki Güney Azərbaycan Türklərinin də səsi ən yüksək səviyyədə dünyaya çatdırılmalıdır.

Biz Güney Azərbaycan Türkləri olaraq bu gündə Quzey Azərbaycan, Türkiyə və bütün Türk Dünyasından olub Avropada yaşayan soyadlarımızı da yanımızda görmək istəyirik və onları bizə dəstək verməyə dəvət edirik.

Bu gün bütün Türklərin İran – Fars faşizminin qarşınsında tək vücud olduğunu göstərmək günüdür. Tüm Türk Dünyasının vahid ruh və bədən olduğunu bütün dünya bir daha görsün.

Yaşasın Azərbaycan
Yaşasın Türk Dünyası
Azadlıq Ədalət Milli Hökumət

Görüş yerimiz 25 Mart Brüksel

Azadlıq və Ədalət Yürüşü Koordinasya Mərkəzi adına
sözçülər
Şərifə Cəfəri
Saleh Kamrani
12/03/2023

Related Articles

Bir cavab yazın

Back to top button