Dünyaİran

Avropanın əmniyət qurumları: İran atom bombası hazırlamağa çalışır

Qərb diplomatları İranla 2015-ci il atom anlaşmasını canlandırmaq üçün bütün çabalarını göstərdikləri vaxtda, Avropanın əmniyət orqanları İran rejiminin atom bombası əldə etməyə çalışdığını bildirirlər.
“Politico”ya görə, Avropa ölkələrinin əmniyət qurumlarının İranın atom projəsi ilə bağlı topladığı bilgilər çox ciddi və uyarıcıdır. Hətta Avropa Birliyi Amerikanı atom anlaşmasına qaytarmaq istədiyi bir halda, Avropanın əmniyət qurumlarından gələn məlumatlar göstərir ki, 2020-ci ildə Tehran atom silahı və ya başqa toplu qırğın silahlarının ürətim teknolojisini əldə etməyə çalışıb.
Suedin əmniyət servisinin bu yaxınlarda bildirdiyinə görə, İran rejimi bu ölkədə sənaye casusluğunu davam etdirir. Suedin yaydığı rapora görə, İran rejimi bu alana böyük sərmayə yatırıb və bu sərmayənin bir qismi Sueddə həyata keçirilib.
Holəndin İttilaat və Ümumi Əmniyət orqanının verdiyi məlumata əsasən, İran rejimi bu ölkədə atom və başqa toplu qırğın silahları texnolojisini əldə etməyə çalışır.
Beləliklə, Almanın ittilaat qurumlarından gələn məlumatlar da göstərir ki, Tehran 2020-ci ildə Alman torpaqlarında toplu qırğın silahları teknolojisini əldə etməyə çalışıb və buna nail olmaq üçün qanunsuz yöntəmlərdən istifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button