Dünyaİran

Avropanın vəd etdiyi İnsteks sistemi yalnız söz həddindədir – İran rəsmisi

B.Samid. “Madam ki bizdən neft almırlar və neftdən bizə gəlir gəlmir, İnsteks sistemi yalnız söz həddində qalacaq.”

FarsNews-a istinadla xəbər verilir ki, bunu İranın Mərkəzi Bankının sədri Əbdünnasir Himməti verdiyi müsahibədə deyib.

İranın Mərkəzi Bankının sədri Avropanın nüvə sazişinin öhdəlikləri çərçivəsində vəd etdiyi maliyyə sisteminin verə biləcək “faydaları”na toxunub və bildirib ki, İnsteks sistemi indi sözdən başqa bir şey deyil.

Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən çıxdıqdan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. Avropa dövlətləri İranı nüvə sazişində qalmağa razı salıb və bu istiqamətdə rəsmi Tehrana neftin satışı və maliyyə köçürmələri üçün İnsteks sistemini təklif ediblər. Aİ dövlətlərinin vədləri gecikdikcə İran sazişdəki öhdəliklərini 4 mərhələ çərçivəsində azaldıb.

Related Articles

Bir cavab yazın

Back to top button