Dünya

Avstriyada “Hizbullah”ın fəaliyyətinə qadağa qoyulub

Otriş “Hizbullah” qrupunun bütün qanadlarının ölkədə fəaliyyətini qadağan edib. Bu barədə Otriş Dış İşləri Baxanı Aleksandr Şalenberq bildirib. “Hizbullah “bölgəsəl və İsrailin əmniyəti üçün ciddi təhdid sayılır. İsrailin varolma haqqı şübhə altına alınmamalıdır”,-deyə o, vurğulayıb. Baxan Birləşmiş Millətlər Təşkilatı Əmniyət Şurasının “Hizbullah”ı xəli silah etməklə bağlı çalışmalarında irəliləyişin olmamasından təəssüfləndiyini dilə gətirib. İsrail Dış İşləri Baxanı Otrişin qərarını alqışlayıb və bunu terorla mübarizədə önəmli addım sanıb. Bildirək ki, Avropa Birliyi yalnız “Hizbullah”ın nizami qanadını teror təşkilatı elan edib. Ancaq Alman, Holənd, Estoni, Çek Cumhuriyəti, Sloveni kimi bəzi Avropa ölkələri “Hizbullah”ı bütövlükdə teror qrupu sayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button