İran

Aydın Ağdaşlunun tərhi “Şazdə Ehticab” kitabının cildindən çıxarılıb

Huşəng Gülşirinin oğlu Barbüd Gülşiri bildirib ki, Aydın Ağdaşlunun tərhi “Şazdə Ehticab” kitabının cildindən çıxarılıb. Bu olay Aydın Ağdaşluya qarşı cinsi sataşma ittihamı irəli sürüləndükdən sonra baş verib. Barbüd Gülşiri öz Tvitter hesabında həmin romanın öncəki və yeni cildlərindən fotolar paylaşıb. “ “Şazdə Ehticabın” yeni çapı gələn həftə paylanılacaq”,-deyə məlumat verilib. O, bu davranışını “sansur etmə” adlandıranlara da cavab verib. “Kitabın cildində Ağdaşlunun tərhini qoymamaq sansur deyil. Ötən iki ildə çap olunmuş cildlərin tərhinin, onun tərhləri olmadığını bilsəniz bunun sansur olmadığını başa düşərsiz”,-deyə o, açıqlama verib. Bildirilib ki, arxa üzdə “cildin üzərinin tərhi: Nodid”,-deyə yazılıb. Gülşirinin sözlərinə görə, “Şazdə Ehticab”ın nəşr olunmasından 51 il ötür. Dəfələrlə çap olunaraq başqa tərhlər edilib. Tərhlərin heç biri, o birinin həzf edilməsinə səbəb olmayıb. “Biz keçmişə qayıtmır, 57-ci ildə olunmuş çapı da yandırmırıq. Onun əsərini həzf etmir, basdırmır və sansur etmirik. Amma kitabın növbəti çaplarında onun tərhindən istifadə etməyəcəyik”,-deyə Barbud Gülşiri vurğulayıb. Xatırladaq ki, keçmiş jurnalist Sara Ümmətəli tvitterdə, rapor hazırlamaq üçün Aydın Ağdaşlunun dəftərinə getdiyini yazıb. Jurnalist həmin şəxs tərəfindən cinsi sataşma və əziyyətə məruz qaldığını bəyan edib. Olay şəhrivərin 1-də baş verib.

Ağdaşlu isə ictimai şəbəkələrdə bəyaniyyə paylaşaraq bu ittihamı rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button