İran

İran qadın zorakılığı ilə bağlı qanun layihəsini hələ hazırlamayıb

“İran məclisi qadınlara qarşı şiddəti qadağan edən qanun tərhini hələ hazırlamayıb”. Bunu İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar deyib. Onun sözlərinə görə, “Qadınlara qarşı şiddətə qadağa” qanun layihəsi 15 gün öncə ölkə məclisinə təqdim edilib. Ancaq hələlik məclis tərəfindən qanun layihəsinin vüsul olunması ilə ilgili məlumat verilməyib.
Xatırladaq ki, Həsən Ruhani dövləti 97-ci ilin azərində “Qadınların şiddət qarşısında əmniyyətinin qorunması” layihəsini məhkəməyə yönəldib. Məhkəmə qüvvəsi isə layihədə təməl dəyişikliklər edərək, yenidən baxılması üçün 98-ci ildə prezident dəftərinə göndərib.

Related Articles

Bir cavab yazın

Back to top button