Azərbaycan

Azərbaycan gömrükçüləri xama və pendir qutularının içərisində narkotik vasitələr aşkarlayıblar

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycanın iki vətəndaşı saxlanılıb.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, hər iki vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Şifahi sorğu sual zamanı vətəndaşlar üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Yüklərin yoxlanması zamanı isə 14 ədəd üzərində “Pegah Cream dairy” yazısı olan xama qutularının içərisində olan rezin şarlarda, çəkisi 1619 qram təşkil edən narkotik vasitə-heroin, üzərində “Mihan white cheese” yazılan pendir qutularının içərisində 117 qram psixotrop maddə-metamfetamin və 21 qram narkotik vasitə-tiryək aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Related Articles

Bir cavab yazın

Back to top button