İran

Muğanda avtoqəzaların sayı artıb

Ərdəbil ustanının yol polisi fərmandehi Höccət Fəttahi Parsabadın Trafik cələsəsində danışarkən təsadüflərin ardığını bildirib.
Fəttahinin dediyinə görə, Muğanda təsadüflərin amarı artmaqda davam edir.
Qeyd edək ki, Muğanda ölümlə nəticələnən təsadüflər ustan şəhərləri arasında birinci sıradadır. Ərdəbil ustanı trafik imkanatlarına görə ən yoxsul ustanlardandır.
Bununla Ərdəbilin yol və şəhərsalma idarəsinin baş müdiri Məhbub Heydəri Meşkin-parsabad yolunu ölüm yolu adlandırıb.
“Ustan təsadüflərinin yüzdə 73 Muğana aiddir və son 4 ayda baş verən təsadüflərdə 50 nəfər həyatını itirib”, – deyə bildirib

Related Articles

Bir cavab yazın

Back to top button