![](https://www.aznews.tv/wp-content/uploads/2024/04/aa18f71b-2d8f-3298-bad8-1e32e0abce07_850-780x470.jpg)
“ANT”nın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.
İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb – 2:1.
Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.