Dünyaİran

Azərbaycan Mərkəz Partiyasının Bəluçistan millətinə dəstək bəyanatı

Azərbaycan Mərkəzi Partiyası Bəluçistanın məzlum millətinə dəstək bəyanatı yayıb. Bəyanatda bildirilib: “Qəhrəman Bəluçistan xalqı illərdir İranda yaşayıb əzab çəkən başqa millətlər kimi Tehranın mərkəzçi hakimiyyəti tərəfindən basqılara və istismara məruz qalır. Bilərəkdən öz tarixi ləyaqətlərinə uyğun gəlişmədən məhrum edilirlər. Tehranın Şəubi şiə hakimiyyəti İslam dini adı altında Bəluçistan millətinə və din qardaşlarımıza qarşı ikiqat zülm edir. İran İslam Cumhuriyətinin günəş ölkəsi Bəluçistan bölgəsinə qarşı aşkar və gizli ayrı-seçkilik siyasəti yürüdülür. Bu da Bəluçistan sakinlərinin yoxsulluğuna səbəb olur. Gündəlik ehtiyaclarını təmin etmək istəyən qəhrəman Bəluçistan xalqını aşağılayıcı və təhlükəli işlərə yönləndirirlər. Başqa tərəfdən isə kiçik qazanc və gəlir yollarını güllə ilə bağlayırlar. Bütün bu yaşananlardan sonra qeyrətli Səravan xalqının səbir kasası daşdı. Onlar 4 isfənd 1399-cu ildə Tehran hökumətinin fərmandarisini cəsarətlə ələ keçirdilər. İnternet kəsilmədən öncə öz məzlum durumlarını dünyaya təqdim edə bildilər. Azərbaycan Mərkəz Partiyası olaraq qeyrətli Bəluçistan millətinin, özəlliklə qəhrəman Səravan xalqının yanında olduğumuzu, dəstəklədiyimizi və onların səsi olacağımızı bildiririk”.

Related Articles

Bir cavab yazın

Back to top button