Azərbaycanİran

Süngün mis mədəni ərafında ekoloji fəlakət davam edir

Güneyli ekofəallar və sosial media istifadəçilərinin verdiyi məlumata görə, Qaradağın Vərziğan bölgəsində yerləşən Süngün mis mədəni istismarçıları bölgədə yaşıl soyqırımı davam etdirirlər.

Bundan öncə məsələnin İran parlamentində belə bir neçə dəfə müzakirəyə çıxarılmasına axmayaraq, qeyri-standart istismar nəticəsində Qaradağ meşələri mhv edilməkdə və ətraf mühit zəhərli tullantılarla çirkləndirlməkdədir.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.

Related Articles

Bir cavab yazın

Back to top button