Dünyaİran

Ukrayna İrana qarşı yeni sanksiyalar tətbiq edir

İranı Rusiyaya hərbi dəstək verməkdə günahlandıran Ukrayna hökuməti Tehrana qarşı qismən sanksiyalar tətbiq etmək planını təsdiqləyib.

Bu barədə Ukrayna mediası ölkənin iqtisadiyyat naziri  Yuliya Yuliya Sviridenkoya istinadən məlumat yayıb.

“Təəssüf ki, Ukrayna və tərəfdaşlarımızın Rusiyaya silah tədarükü ilə bilavasitə məşğul olan şəxslər və şirkətlərə qarşı tətbiq etdiyi əvvəlki məhdudiyyətlər xəbərdarlıq kimi ciddi qəbul edilməyib. Ona görə də biz tədbirlərimizi gücləndirəcəyik”,- iqtisadiyyat naziri deyib.

Sözügedən sanksiyalar müxtəlif malların, o cümlədən texnologiya və elektron ödəniş avadanlıqlarının İrana ötürülməsini qadağan edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button