İran

Şərqi Azərbaycanda koronavirusla bağlı son durum açıqlanıb

“Şərqi Azərbaycanda durumları qırmızı olan şəhərlərdə aban ayının 15-dən 30-dək məhdudiyyətlər tətbiq olunub. Beləliklə, 1 həftə əvvələ nisbətən koronavirusa tutulanların sayında azalma görünüb”. Bunu azərin 4-də Təbrizin Tibb Elmləri Danişqahının rəisi Məhəmməd Hüseyn Somi deyib. O, bildirib ki, azər ayı üzrə məhdudiyyətlərin nəticəsi 2 həftə sonra bilinəcək.
“Kovid-19 mərizliyinin ilk fazında qızdırma, əzələ ağrısı və öskürək olur. Bu əlamətlərin müalicəsində virusa qarşı dərmanlardan istifadə olunur. Amma koronavirusa qarşı hələ heç bir dərman tolid olunmayıb. Koronavirusa tutulmuşların müalicəsi üçün birinci fazda ancaq 2 dərman – Favipiravir və Remdesivir istifadə olunur. Birinci dərman ölkəyə gətirilir. İkinci isə İranda hazırlanır. Bunların yüzdə-yüz təsirli olduğu sübut olunmayıb. Amma remdesivir korona mərizlərinin mərizxanada qalma müddətlərini azaldır. Bunun müsbət nəticə göstərməsinə baxmayaraq, remdesivirin mümkün qədər az istifadə olunmasını tövsiyə edirik”,-deyə o, bildirib
Məhəmməd Hüseyn Somi sonda deyib ki, sakinlərin yüzə 90-dan çoxu sağlamlıq şərtlərini riayət edirlər

Related Articles

Bir cavab yazın

Back to top button