Azərbaycan

AZƏRBAYCAN VƏ İRAN YENI GÖMRÜK YARATMAĞI NƏZƏRDƏN KEÇİRİR

Azərbaycan İranla yeni gömrük yaratmağı nəzərdən keçirir
Germinin fərmandarı Əli Beheşti bildirib ki, Azərbaycan Germi bölgəsinin mərzlərində İranla yeni gömrük yaratmağı nəzərdən keçirir”.
Onun sözlərinə görə Germi bölgəsində mərz terminalının təşkil edilməsi bölgə əhalisinin çoxdankı istəyidir. İllərdir bölgə məs`ulları burada gömrüyün yaradılmasına çalışsalar da, qarşı ölkə yeni terminalın açılmasına razılıq vermirdi.
O, keçmişdə Azadlı məntəqəsində gömrüyün olduğunu xatırladaraq artırıb: “Hal-hazırda Azərbaycan dövləti Germi bölgəsində mərz terminalı qurmaq istəyir və aparılan müzakirələr nəticəsində yaxın gələcəkdə iranlı və azərbaycanlı mütəxəssislərdən ibarət qrupun mərzlərə baş çəkərək yeni gömrüyün açılması üçün əlverişli yer seçməsinə təsmim tutulub”.
Germinin fərmandarı keçən il İranın ustan və bölgə məqamlarından ibarət heyətin Azərbaycana səfər etdiyini xatırladaraq deyib: “Sevindirici haldır ki, İran və Azərbaycan arasında iqtisadi, turism və ticarət imkanlarının artması üçün əlverişli imkanlar var, buna görə, bu fürsətdən istifadə etmək lazımdır”-deyə o artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button