Dünyaİran

İran əfqanıstanlı qaçqınların ölkəyə girişinə icazə verməyəcəyini bildirib

İran Daxili İşlər vəziri mordadın 26-da bəyanat yayaraq, Əfqanıstandan qaçqınların sınırı keçərək İran ərazisinə girişinə icazə verməyəcəyini bildirib.

İran Daxili İşlər vəzirliyinin sınır məsələləri üzrə rəisi Hüseyn Qasemi dünən mətbuata açıqlamasında deyib ki, Əfqanıstanı tərk edən qaçqınları qəbul etmək üçün İranın bu ölkə ilə sınır bölgələrində qaçqın orduqahlarının salınması ilə bağlı yayılan xəbərlər doğru deyil və o bu kimi xəbərləri təkzib edir.

O bildirib: “Bununla bağlı artıq güney Xorasan, Rəzəvi Xorasan və Sistan-Bəluçistan əyalətlərinin başçılarına da tapşırıq verilib. Sınırlarımıza toplaşan və ölkəmizə girmək istəyən Əfqanıstan vətəndaşları öz ölkələrinə qaytarılacaqlar”.

Habelə İran Daxili İşlər vəzrieliyinin xarici qaçqın və vətəndaşların işi üzrə idarəsinin rəisi Mehdi Mahmudi də verdiyi açıqlamada İranın Əfqanıstan qaçqınlarını qəbul edəcəyi və onlar üçün sınır bölgələrində qaçqın orduqahları salacağı ilə bağlı yayılan xəbərləri rədd edib.

Bildirək ki, “Taliban” qüvvələri mordadın 24-də paytaxt Kabulu ələ keçirdikdən sonra ifratçı “Taliban”ın təqiblərindən vahiməyə düşən minlərlə Əfqanıstan qaçqını İrana üz tutub. İrana qaçanlar arasında Əfqanıstanın keçmiş hökumətinin bir sıra rəsmi məqamları da var.

Related Articles

Bir cavab yazın

Back to top button