Azərbaycan

Ərdəbildə Urmu gölü ilə afişalar yayılıb

Mədəni və çevrə fəalları iyulun 25-də Ərdəbildə Urmu gölü ilə bağlı aksiya keçirib.

Fəallar şəhərin bir çox yerlərində Urmu gölü ilə bağlı afişalar yayıb, banerlər asıblar.

Şəhərin mərkəzi meydanlarından birində asılan 6 metrlik baner və afişaların üzərində “Səni yaşatmaq üçün hər an selə dönə bilərik, Urmu gölüm” yazılıb.

Urmu gölündə ekoloji problem davam edir və iyulun 24-də gölün bərpası üçün çəkilən su tunelinin 750 metrində çatlar əmələ gəldiyi üçün bərpa işlərinin yenidən gecikdiriləcəyi bildirilib.

Ekoloqlar, çevrə fəalları və hətta bir neçə millət vəkili İbrahim Rəisi dövründə gölün bərpası üçün nəzərdə tutulan işlərin heç biri yerinə yetirilməyib, vəd edilən büdcə ayrılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button