Araşdırma & TəhlilAzərbaycanİran

Azərbaycan yenə tarix yazacaq

Millətlərin özəllikləri sayıldığı zaman geçmişdən günümüzə qədər fərqli durumlarda davranışlarına baxılır. Azərbaycan millətinin hər zaman demokrasi və azadlıqdan yana ayağa qalxdığı diyildiyi zaman da uzun bir sürə qəsd edilir. Elə müasir tariximizə baxıldığında Azərbaycan millətinin Məşrutiyyət zamanı və sonra Pəhləvi dönəmində hər zaman zülmə qarşı baş qaldıran millət olaraq tanınırdı. Azərbaycan milləti modernləşmə və demokratikləşmə sürəcində hər zaman öndə gedən olubdur və bunu uzun illər boyunca subut edibdir. 1357-dən sonra İslam Cumhuriyyəti zamanında da Azərbaycan milləti hər zaman basqıya və zülmə baş qaldıran millət olubdur. Azərbaycan millət olaraq hər zaman Azadlıq və Demokratiya tərəfində yer aldığı üçün diktator hakimiyyətlər tərəfindən basqıya məruz qalıbdır. Ancaq son illərdə millətin qarşı qarşıya qaldığı çətinliklər həyatın ən təməl ehtiyaclarına qədər yenibdir. Hal hazırda İran-da şəxsi və siyasi azadlıqlar o səviyyəyə düşübdür ki millətlərin ən təməl ehtiyaclarına da mənfi təsir etmişdir. Ölkənin hər tərəfini fəsad bürümüş və dövlət dairələri millətin canını və malını talan edən mərkəzlərə dönüşübdür. Bu gün İran-da millət elə bir səviyyəyə gəlib ki gün çörəyini belə təmin etməkdə ciddi çətinlik çəkən milyonlar var. Hakimiyyət ölkədə vətəndaşların canı və malını qoruyan məqam olaraq görünür, ancaq İran-da hakimiyyət tam tərsi milləti əziyyətə soxan mərkəz halinə gəlibdir. Azərbaycan yer altı və yer üstü qaynaqlar baxımından bölgə və hətta dünyanın ən zəngin yerlərindən sayılır. Gənc nəsli və İstiratejik yeriylə sürətlə gəlişmək üçün hər imkana sahibdir. Ancaq başarısız hakimiyyət sayəsində bu gün səfalət içində yaşamaya çalışan bir millət halinə gəlibdir. İşsizlik və aclıq yurdun hər tərəfində görünür. Bir halda ki dünyada İran-a görə çox daha az imkana sahib ölkələr Korona virus mərizliyinə qarşı millətinə imumi vaksinasyon uyğuluyur İran-da hər gün Koronadan ölən sayısı daha da çoxalır. Mərizxanalar dolub daşımaqda ancaq hakimiyyətin verdiyi sözlər ancaq söz səviyyəsində qalır. Ölkədə siyasi islahat adına mütləq bir umutsuzluq var. Ən son Cumhurbaşqanlığı seçimlərində Tehran hakimiyyəti yenə inadla öz adamını seçdi və millətin iradəsinin qabağını aldı. Vəziyyətin düzəlməsi adına ölkədə zərrə umud qalmamış. Hakimiyyət bütün gücünü millətin səsini eşidib vəziyyəti düzəltmək yerinə səsini bastırmaya çalışır. Günümüzün bir ayrı acı həqiqəti də budur ki İran-da nə olursa olsun dünya millətin istəyini diqqətə almır və siyasi çıxarlar üçün hakimiyyətə meydan açır. Tehran hakimiyyəti uzun illərdir sözdə demokrasi və azadlıqlardan danışan Qərb ölkələriylə özəl bir irtibat halindədir. İslam Cumhuriyyəti millətin hər istəyinə qarşı qanla cəvab verib ancaq dünya ancaq tamaşaçı olubdur. 1398-ci ilin Aban ayının etirazlarına İran-ın başabaşında yüzlərcə insan öldürüldü, ancaq dünya ancaq Tehran hakimiyyətinin etdikləri qarşısında tamaşaçı qaldı. Bu günümüzün acı həqiqətdir ki İran hakimiyyəti milləti əsir alıb və bu durum get gedə daha da çətinləşəcək görünür. Bu durumu dəyişdirəcək tək bir şey varsa o da əsas milləti iradəsidir. Azərbaycan milləti hər zaman zülmə qarşı ayaqlayıb öz azadlıq yolunu açan millət olaraq bilinir. Bu gün də o günlərdən biridir. Əhvaz-da Ərəb milləti günlərdir Fars faşizminə qarşı dirənir. Uzun illərin təhqir və basqısına qarşı baş qaldıran Ərəb xalqı bütün varlığıyla azadlıq uğruna zülmə qarşı savaşır. Azərbaycan milləti də bu gün Şənbə Murdad ayının 2-də axşam saat 6-da küçələrə tökülüb etiraz etmə qərarı alıbdır. Azərbaycan milləti bu gün axşam saat 6’da bahalıq və işsizlik, fəsad və imumiyyətlə Tehran zülmünə qarşı ayaqa qalmaq qərarı alıbdır.

Təbriz, Urmu, Ərdəbil, Zəngan, Tehran, Kərəc, Əhər, Mərənd, Marağa, Qoşaçay və qısaca hər yerdə bir Türk varsa bugün zülmə qarşı etiraza çıxacaq. İran-da islah və reformun yolu tamamən bağlanıb və dünya millətin başına gələnlər qarşısında ancaq seyirci qalır. Bu durumda Azərbaycan milləti ancaq öz iradəsini ortaya qoyaraq durumunu dəyişdirəbilər və Azadlığa yetişəbilər.

Bu axşam saat 6-da Azərbaycan vətən azadlığı uğruna küçəyə gəlib diktatora dur diyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button