Onlar SEPAH-nin qonşu ölkələrə raket hücumlarına dəstək verib, bunun davamlı olmasını arzu ediblər.
Qruplaşma raket və PUA hücumlarını ötən il dekabrın 7-də HƏMAS-nin İsrailə hücumundan sonra başlayan yeni mərhələ adlandırıb.
Bəyanatda “sionizmin tezliklə yer üzündən silinəcəyi və Qüdsün azad ediləcəyi” qeyd edilib.
Qeyd edək ki, SEPAH-nin İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla 7 nəfər ölüb.