
Son illərdə İranda baş verən bir çox siyasi və ictimai olay olsa da millətin nəzərini məşqul edən əsas məsələ bahalaşmadır. Dövlətin verdiyi amar və televezyonların propaqandasının arxasında artıq gizlədilə bilməyən İranın acı həqiqəti insanların iqtisadi olaraq işgəncə çəkdiyinin göstəricisidir. İstər böyük şəhərlərdə olsun, istərsə kənddə cəmiyyətin əsas dərdi siyasi qalmaqaldan uzaq qarnının doyurması və çörək puludur. Uzun illərdir boş vədələrlə seçkilərdə fərqli adlarıyla verilən vədələrin heç birindən xeyir görməyən millətin hakimiyyətdən tamamən umudu kəsdiyi gizli bir məsələ deyil.
Dünya özəlliklə Qərb dünyasının zaman zaman siyasi hesablaşmalar əsasında söz və siyasi azadlıqlarla ilgili tərh elədiyi məsələlər hər nə qədər təməl müşküllərdən olsa da millətin bu çəkişmələrdən bezib umudsuzluğu artıq gizlənə biləcək bir məsələ deyil. Bütün bunlar varkən birdə Korona virus böhranının baş verməsi milyonlarca insanın fəlakətinə səbəb oldu və İran-da yeni bir aclıq dalğasının başladığına işarət edir.
İran-da 8 il cumhurbaşqanı olub islahatçıların lideri kimi görünən Məhəmməd Xatəmi keçən həftə gündəm məsələlərlə bağlı danışdı. Hakimiyyətin qəzəbinə məruz qalan Xatəminin dedikləri İran-da mübahisə olunsa da əslində kimsəni həyəcanlandırmadı. Məhəmməd Xatəmi uzun illər nəticəsində İran-ın yanlış siyasətiylə iqtisada ciddi zərbə dəydiyi və orta gəlirli sınıfın az gəlirlilərə döndüyünü dilə gətirdi. Xatəmi İran-da tolid və iqtisadın motoru sayılan orta sınıfın məhv olduğunu dedi.
İranda kasıb günü gündən daha da kasıblaşır cümləsini artıq millət görür. Təbəqati məsafə insanlar arasında get-gedə çoxalır. Elə ki bir tərəfdə milyardlar tümən sovrulurkən bir ayrı tərəfdə milyonlarca insan təkcə gün çörəyinə möhtac qalır.
Xatəmi habelə bu danışıqlarında İran-da möhtəməl xuşunətlərin başlayacağından da danışıb.
İranda aclıq və iqtisadi çətinliklərdən başlanması gözlənilən etirazlara artıq kəsin gözlə baxılır. Bir çox siyasət və ictimai bilimlər uzmanı İran toplumunun bu umudsuz halının çox təhlükəli olduğu haqqında ixtar verir. Muxalifət kimi xaricə ölkələrdə yaşayan siyasi quruhlar arasındaki ixtilaflar və İran camiəsinin həqiqətlərindən uzaq olmaları bir tərəfdən İran millətinin bu yoldan da ciddi bir dəyişimi qazana biləcəklərindən umudsuz edib. Bir halda ki bir çox mərkəzçi siyasi təşkilat və quruh İran İslam Cumhuriyyətinə muxalif kimi çalışırlar. Amma İran-da yaşayan məxsusən Fars olmayan millətlərin haqları nəzərdə tutulmur. Bu gedişat insanların siyasi bir dəyişiklikdən həm soyudur həm də zülmə qarşı səssizliklərinə səbəb olur.
Ancaq həyatın çətinliklərinin təhəmmulu zorlaşdıqcan çarəsiz millətin xuşunətə doğru üz çevirmələri daha da çox olur.
Bu əsasdadır ki özəlliklə indiki hakimiyyətin nə gücü, nə də iradəsi millətin məişətini və keçimini rahatlatmaq üçün var ortam daha da gərginləşir.





