İran

MÜXƏDDİR MADDƏ YÜZLƏRLƏ İNSANIN HƏYATINA SON QOYDU

Şərqi Azərbaycanda muxəddir maddələr ötən il 124 nəfərin həyatına son qoyub. Ustanının Pezeşki Qanuni Baş İdarəsinin rəisi Əli Səfayirad açıqlamasında deyib: “Keçən il ustanda 124 nəfər muxəddir maddə istifadəsi nəticəsində ölüb, 1398-ci illə müqayisədə yüzdə 33 çoxdur.
Ötən il e`tiyaddan ölənlərin 118-i kişi və 6-ı xanım olub, bu da 1397-ci ildə ölənlərin aamarına nisbət kişilərdə 29 və xanımlarda 4 nəfər artım göstərir

Səfayiradın sözlərinə görə, 1398-ci ilin isfənd ayında da etiyaddan 12 nəfər dünyasını dəyişib və bu, 1397-cu ilin isfənd ayı ilə müqayisədə 3 nəfər artım deməkdir.

“1397-ci ildə Şərqi Azərbaycan ustanında muxəddir maddələr istifadəsindən ölənlərin ümumi sayı 93 nəfər təşkil edib və onlardan dördü xanım olub”,-deyə sonda o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button