Azərbaycan

AZƏRBAYCANLI HƏKİM COVİD-19-LA BAĞLI TÖVSİYƏ VERDİ

Son vaxtlar dad, iy bilməmək kimi əlamətlər COVID-19-un əlamətləri sırasına daxil edilib. Bunlar çox mərizdə qeydə alınmır. Belə insanlar mütləq doktora getməlidir. Məriz heç vaxt özbaşına dava qəbul etməməlidir- bu sözləri Azərbaycanlı doktor Cəlal İsayev deyib.

“Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar başqaları üçün çox xətərlidir. Onlar izolə olunmalıdırlar. Onların evdə qərəntinəyə alınması məsləhət görülür. Çünki mərizxanalarda yer azalıb. Həmin şəxslər yalnız doktor icazə verəndən sonra evdən çıxa bilərlər. Yeddi gündən sonra onlardan analiz götürülür. Sonra təkrar test aparılır. Cavablar mənfi olarsa, mərizxanada olanlar yalnız 14 gündən sonra evə yazıla bilərlər. Ümumilikdə isə test cavabları iki dəfə mənfi olandan sonra onlar ətrafdakılar üçün təhlükə törətmirlər və normal həyatlarına qayıda bilərlər”, – deyə baş infeksionist bildirib.
C.İsayev qeyd edib ki, ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Belə ki, bu zamanı mərizin orqanizmini gücləndirən müxtəlif davalar təklif olunur. Əgər hər hansı bir ağırlaşma ortaya çıxarsa, o, mütləq mərizxanaya aparılır. Ev şəraitində müalicə alanlar daim kontrol altında saxlanılmalıdırlar. Mərizlərin yüzdə 70-də virus heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün xətərli olurlar. Belə ki, onlarda heç bir əlamət olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və mərizliyi daha çox yayırlar.
Mərizlər sağaldıqdan sonra adətən onların ağciyərləri tam düzəlir: “Bəzi mərizlərdə, ağciyərlərdə fibroz sahələr yarana bilər. Bu da müəyyən nəfəs müşkülünə səbəb ola bilər.
O bildirib ki, insan orqanizmində hər bir infeksiyona antitellər, anticisimciklər yaranır. Coxlarında bədən imeni sistemi formalaşır. COVID-19-a tutulan antitellərin gəlişməsiə dair müxtəlif rəqəmlər var. Hələ dəqiq məlumat bəlli deyil.
C.İsayev, eləcə də qeyd edib: “Koronavirusun çox növü var. Koronavirusa tutulan insanda imeni sistemi formalaşsa da, ikinci dəfə tutulma ehtimalı qalır. Lakin bu, hamıda baş vermir. COVID-19-da isə imeni sistemin nə dərəcədə davamlı, ikinci dəfə tutulma ehtimalının nə dərəcədə yüksək olması hələ dəqiq məlum deyil. Onu da qeyd edim ki, bir dəfə bu mərizliyi keçirənlərdə ikinci dəfə tutulma baş verərsə, bu, nisbətən yüngül keçəcək. Hazırda pəhriz saxlayaraq çəki atmaq tövsiyə olunmur. Virusdan qorunmaq üçün gündəlik, karbohidrat, yağ, vitamin, mineral tələbatını ödəyən tam dəyərli qida məhsullarından istifadə vacibdir..
Behdaşi qaydalara əməl edilməsi, qidalanmaya fikir verilməsi, bol meyvə-tərəvəz qəbul edilməsi, yuxu rejiminin qaydasında olması tövsiyə olunur. Stressdən uzaq durmağa çalışmaq məqsədəuyğundur. Eləcə də alkollu içki qəbul etmək, siqaret çəkmək kimi zərərli vərdişləri tərgitmək lazımdır. Bununla yanaşı, insanların sıx olduğu yerlərdə mask taxılmalı, sosial məsafə gözlənilməlidir-deyə o qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button