İran

Azərbaycanlı milli fəal avtomobil qəzasında ölüb

ANT xəbər qrupunun verdiyi bilgiyə görə, Bünabda yaşayan azərbaycanlı türk siyasi-mədəni fəal Bəhmən Xaliqi Sayinqala yolunda maşın təsadüfü nəticəsində dünyasını dəyişib. Əldə olunan xəbərlərə əsasən, “Bəhmən Xaliqi” yerli vaxtla saat 14:30 hüdudunda Sainqaladan Qoşaçaya yola düşərkən qəzaya düşüb. Bildirək ki, azərbaycanlı mədəni fəalın dəfn mərasimi bugünkeçiriləcək.

Bəhmən Xaliqi İrandakı türklərin haqları uğrunda apardığı anti-irqçi fəaliyyətinə görə dəfələrlə tutuqlanan, işgəncə verilən və həbsə atılan fəallardan biri idi.

Bu siyasi-mədəni fəal 1392-ci ildə Ermənistan dövlətinin işğalına dəstək yönümlü İranın xarici siyasətinə qarşı Marağada keçirilən etiraz mitinqindən sonra Bünab şəhərindəki şəxsi evində əmniyət qüvvələri tərəfindən tutuqlanıb. Daha sonra Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay zindana və 6 ay şərti həbs cəzasına məhkum olub. Bəhmən Xaliqi 1 isfənd 1392-ci il tarixdə Dünya Ana Dili Günü ərəfəsində də əmniyət məmurları tərəfindən bir günlük tutuqlanmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button