Əlimuradi qısametrajlı sənədli filmində Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətdən və əhalinin bu fəlakətdən təsirləndiyindən bəhs edib.
Azərbaycanlı rejissor filmində gölə yaxın ərazilərdə yaşayan insanların, xüsusilə uşaqların faciəli həyatını, müxtəlif xəstəliklərə yoluxduqlarını sənədləşdirib.
Əlimuradi Urmiya gölünün quruması nəticəsində bölgənin kənd təsərrüfatının məhv olması ilə yanaşı, baş qaldıran duz fırtınaları səbəbindən minlərlə insanın ağır tənəffüs, xərçəng xəstəliklərə yoluxduqlarına diqqət çəkib. Eyni zamanda ekoloji fəlakət yaşandığının filmdə öz əksini tapdığı bildirilir.