
Azərbaycanlı vəkil Sina Yusifi bununla bağlı açıqlama verib.
Yusifi “X” hesabında yazıb ki, 2 il öncəki etirazlar zamanı təhlükəsizliklə bağlı işlərə baxan 11-ci şöbənin təhqiqatçısı olan İrəc Hemməti etirazçılara qarşı repressiv hərəkətləri sayəsində müstəntiq vəzifəsinə yüksəlib və onun göstərişi ilə Süməyyə Qəfuri adlı icra məmuru Təbriz zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Armita Paviri ölüm həddinə çatanadək döyüb.