Azərbaycanİran

Azərbaycanlı xanım jurnalist Təbrizdə polisi tərəfindən döyülüb

 Təbrizdə şaxsey mərasimində baş verən qarşıdurmanı paylaşdığına görə hədələnən təbrizli xanım jurnalist Fatimə Qulipur Təbriz şəhər Polis İdarəsinin Təhlükəsizlik Şöbəsində zorakılıqla üzləşib.

Məlumata görə, azərbaycanlı jurnalist “X” hesabında bununla bağlı yazıb: “Polis İdarəsində məruz qaldığım zorakılığı heç vaxt unutmayacağam, bu əməllərinə görə onların heç birini halal etmirəm. Xəbər paylaşdığıma görə məni polis idarəsinə aparıb, polkovnikin göstərişi ilə məni iki əsgər və bir qadın pilləkənlərdə sürüklədilər. Əlləri üzümə qalxanda min dəfə ölüb dirildim”.

Qeyd edək ki, jurnalist Fatimə Qulipur Gəncəli Təbrizdə əzadarlıq mərasiminə hökumət qüvvələrinin hücumu və orada baş verən münaqişəni işıqlandırmasından sonra Təbriz şəhər prokuroru Məhbub Əlilu tərəfindən məhkəmədə barəsində cinayət işi açılacağı ilə hədələnib.

Related Articles

Bir cavab yazın

Back to top button