Azərbaycan

“Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir”-Hikmət Hacıyev

"Azərbaycan Ermənistanla problemlərin sülh yolu ilə həllini hədəfləyir". Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.

“Mən fərziyyələrə əsaslanan ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun addımlar atır. Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik”, – Hikmət Hacıyev Azərbaycanın güc tətbiq edə biləcəyi ehtimalının olub-olmaması barədə sualı cavablandıraraq deyib.

Prezidentin köməkçisi, həmçinin Bakının İrəvanla dialoqa getmək üçün mümkün kompromislərə hazır olmasını şərh edərək qeyd edib ki, Azərbaycan  nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək: “Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycan rəhbərliyi ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisəyə çevirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir”.

Related Articles

Bir cavab yazın

Back to top button