İran

AZƏRBAYCAN MƏRKƏZ PARTİYASININ AÇILIŞ TƏQDİMATI OLUB

Juəninin 15-də Azərbaycan Mərkəz Partiyasının geniş ictimaiətə təqdimatı olub. Partiyanın lideri Saleh Kəmrani yeni yaradılan qurumun görəcəyi işləri və ölaviyyəti ilə bağlı açıqlama verib. Partiyanın Azərbaycan naminə həyata keçirəcəyi və qarşıya qoyduğu məqsədlərini açıqlayıb. Partiya rəhbəri öz müraciətində Azərbaycan kimi nəcib və fədakar bir millətin övladı olmağını xüsusilə fəxr ilə deyib. Bu partiyanın yaranması zərurətindən söz açıb. O bildirib ki,
“Müqəddəs saydığımız milli davaya qatıldığımız gündən, millət ,vətən ,demokratiya və insan demişik. Biz, hamımızın və hər birimizin canı olan Azərbaycanda mərkəzləşib, qarşınıza Azərbaycan Mərkəz Partiyası olaraq gəldik. Vətənimiz, hiyləgər siyasətin nəticəsındə ,layiqli kimliyini itirərək, bir neçə ölkə arasında parçalanıb .
Quzey Azərbaycanımız öz müstəqilliyini yendən əldə etsə də, güney Azərbaycan, ulu sərkərdə Abbas Mirzənin şəhadətindən sonra, heç vaxt əvvəlki mövqeyinə qayıda bilməyib.
Abbas Mirzənin islahat işlərinin dayanması ilə millətın kimliyi, varlığı və qədəri də özgələşdirildi” deyə Səlah Kəmrani qeyd edib.
Partiyanın əsas üsullarında Azərbaycan insanının kəramət və şərafətinin qorunması prinsiplərinin dayandığını bildirən partiya rəhbəri heç bir xaricı və daxili gücə bunu zədələməyə imkan verilməyəcəyini qeyd edib. Vurğulanıb ki, ,mediadan tutmuş, beynəlmiləl konfranslar ,dialoq və lobiçilikdə, bir sözlə, hər zaman və hər yerdə, Azərbaycan insanının dəyərləri əsas rəhbər tutulub və tutulacaqdır .
Qurum, millətimizin azadlığı, milli hakimiyyət, dilimizin rəsmiləşməsi, öz müqəddəratını təyin etməsi kimi üsulları önə çəkərək, bu amala, bu məqsədə doğru daima üz tutacaqlarını deyib. Rasyonallıq (ağılçılıq ),uzlaşma və ortaq ağlın nəticələrını qəbul etmək AMP-nin siyasət yürütmə metodudur. Partiyamız nifrət, öfkə, suçlama ,dağıtmaq və nifaq toxumlarını səpməyə qarşıdır və belə hallara əsla yol verməyəcək-deyə müraciətdə bildirilir.
Muxalif və tənqidçilər tərəfindən dözümlü yanşma sərgiləyən müraciətin mətnində təhqir, aşağılama, nifrət ,basqı və bu kimi metodlardan əsla istifadə edilməyəcəyi xüsusis təqdirə layiqdir.
“Qarşımızda olanın kimliyindən və hansı dildə danışmasından asılı olmayaraq biz-AMP olaraq nəzakət dairəsindən çıxmayacağıq” sözləri isə xüsusi diqqət çəkir. .
Eləcə də vurğulanır “Yüz il ərzində qəsbkar zehniyyət və siyasət , ali ,siyasi fəaliyyətləri öz inhisarına salıb .Biz AMP olaraq bu qeyrı ədalətsizliyi tərsinə çevirərək, Azərbaycanı Abbas Mirzə məşruiyyəti dönəmində olduğu mövqeyinə – öz milli prinsiplərinə qaytarmağa çalışacayıq” .
“İranın gələcəyi ilə ilgıli hər hansı hakimiyyət modelı müstəqil, yaxud da demokratik olarsa, bu dönəmdə AMP Azərbaycanın mərkəz və rəhbər rolunu oynama haqqı çatdığına inanır . Bütün platformalarda bu rola uyğun siyasət işlədəcək “-deyə partiyanın mövqeyini ortaya qoyur. .
Btün teror eyləmlərinə qarşı olan partiya tezliklə bu bəlanın aradan qaldırlması arzusunu da dilə gətirib. Qeyd olunub ki, “İranın çoxunluğunu təşkil edən Azərbaycan hansısa haşiyədə deyil, siyasətin tam mərkəzində olmağa layiqdir. Bizlər bunu gerçəkləşdirmək üçün bütün təlaş və səylərimiz edirik. Yüz ilə yaxındır ki, Azərbaycanın qərbində teror bəlası ilə qarşı-qarşıyayıq. Bu səbəbdən kimliyindən asılı olmayaraq bütün teror qrupları ilə tam gücümüzlə mübarizə aparıb, bu bəlanın kökünü qurutmaqda israr edəcəyik”
Öz siyasət dairəsini açıqlayan partiya liderinin bu fikri xüsusilə diqqət çəkir. ”Bütün islahat yolunu bağlamış İranda millətlər, öz müqəddəratını yalnız bu rejimi yıxaraq və eynı halda bir- birləri ilə işbirlıyi edərək təyin edə bilər. Bu yolda bütün beynəlmiləl imkan və zərfiyətlərdən faydalanmaq ,İranda yaşayan millətlərlə işbirliyi qurmaq AMP-nin siyasət dairəsindədır “.
AMP-nin əsas hədəflərinə gəlincə müraciətdə: -insan haqları ,gəlişmiş demokratiya, hüquqi dövlət ,cinsəl bərabərlık, ayrı-seçkiliyə qarşı durmaq , təbiətin qorunması , azsaylı xalqlar, uşaq, qadın və işçı haqlarının müdafiəsi ,edam cəzasının bütün qanun və icra sistemlərindən silinməsi kimi məsələlər ,millı müqəddəratımızın təyin etmə haqqı və bu kimi yükəs demokratik dəyərlərin önə cəkildiyini görmək olar. Qeyd olunub ki, AMP din ,məzhəb, dil və irqə fərqi qoymadan hərkəsin bərabər huquqa malik olduğuna inanır. Bu haqqların ən yüksək şəkildə qorunub, həyata keçirilməsinə çalışacaq.
Partiyanın şüarı da hər bir vətənini sevən insan üçün gələcəyə inam yaradır.
Azərbaycanda birləşdik ,dərin dəyışiklər üçün Azərbaycan Mərkəz Partiyasına toplaşaq .
Bizimlə, gələcəyə doğru! –deyə hər birimizi birliyə səsləyən Partiyanın görəcəyi işlər, qurmaq istədiyi Azərbaycan necə də gözəldir.

Related Articles

Bir cavab yazın

Back to top button