Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cumhurisinin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

“ANT” xəbər verir ki, məktubda deyilir:

“Əziz Qardaşım,
Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi xəsarətlər barədə xəbər bizi son dərəcə kədərləndirir.

İnanırıq ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə milləti bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti ilə milləti hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə milləti ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlardan həyatını itirənlərin ailələrinə və yaxınlarına şəxsən öz adımdan eləcə də Azərbaycan milləti adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Related Articles

Bir cavab yazın

Back to top button