Azərbaycan

Zəngan əhalisinin qocalma prosesi sürətlənib

Bu barədə Zəngan əyalətinin Tibb Elmləri Universitetinin başısı xəbərdarlıq edib.

Güney Azərbaycanın Zəngan əyalətinin Tibb Elmləri Universitetinin başçısı Dr.Həsən Bəxtiyarı əyalətdə əhalinin sürətlə qocalması barədə xəbərdarlıq edib.

Əyalət valiliyində keçirilən Əhalinin Stratrji Şurasının toplantısında danışan Bəxyiyari hal-hazırda Zəngan əyalətinin əhalisinin 67.8%-nin 15-64 yaş arasında olduğunu deyib.

“Zənganda cəmiyyətin qocalma prosesi sürətlənib. Belə ki, hal-hazırda əyalətin 10.39% əhalisi 60 yaşdan yuxarı şəxslərdən ibarətdir”-deyə, Universitet başçısı xəbərdarlıq edib.

O, cari günəş ilində əyalətdə dünyaya gələn uşaqların ötən ilin oxşar dövrü ilə müqayisədə 13% azaldığını, boşanmaların sayının olduqca artdığını və nikahların azaldığını söyləyib.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb, boşanan cütlüklər isə artıb.

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir, ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər.

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.
Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar.

 

Related Articles

Bir cavab yazın

Back to top button