Azərbaycan

Azərbaycan-Rusiya sərhədində yeni körpü dekabrda istifadəyə veriləcək

Samur çayı üzərindən Azərbaycan-Rusiya sərhədində yerləşən avtomobil körpüsünün istismara verilməsi bu ilin dekabr ayının ortalarında planlaşdırılır.

Bu barədə “Moskva-Bakı” portalına Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.

“Qeyd etmək istərdim ki, bu gün sərhədin hər iki tərəfindəki çatışmazlıqların həllinə diqqəti artırmalıyıq. Bunun üçün sərhəd infrastrukturunun inkişafı üzrə Rusiya-Azərbaycan ortaq işçi qrupu yaradılıb. Yaraq-Kazmalyar keçid məntəqələrində Samur çayı üzərindəki avtomobil körpüsü bu məsələnin həllinə kömək edəcək. Müqavilə çərçivəsində işlərə 2017-ci ilin dekabrında start verilib. Körpünün istifadəyə verilməsi 2019-cu ilin dekabr ayının ortalarında planlaşdırılır”, – deyə Oreşkin qeyd edib.
(“APA-Economics”)

Related Articles

Bir cavab yazın

Back to top button