Azərbaycan

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik doqquzqat Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

55 kq-da Elnurə Məmmədova və 59 kq-da Alyona Kolesnik isə 3-cü yer uğrunda görüşlərdə uduzaraq, medalsız qalıblar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla komanda hesabında Avropa çempionu olublar. Yarış aprelin 23-də başa çatacaq. (report)

Related Articles

Bir cavab yazın

Back to top button