Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Doktor Məlikzadə: İranlıların 10 faizi və Rəfsəncan sakinlərinin 27 faizi tiryək çəkir

Keçmiş səhiyyə nazirinin müavini doktor Rza Məlikzadə Kirman vilayətinin Rəfsəncan şəhərini İranda tiryək istehlakının paytaxtı kimi təqdim edib.

“Təəssüf ki, İranda tiryək istehlakı çox yüksəkdir. Bütövlükdə İranda əhalinin 10 faizi tiryək çəkir.” – deyə Rza Məlikzadə bildirib.

O, Rəfsəncan sakinlərinin 27 faizinin tiryəkdən istifa etdiyini və bu göstəriciyə görə İranda ən ön sırada olduqlarını bildirib. Doktor Rza Məlikzadə Rəfsəncandan sonra 18 faizlə Gülüstan vilayətinin gəldiyini bildirib.

Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rzayinin etirafına görə, İranın bəzi sərhəd bölgələrində dövlət məmurları narkotik qaçaqmalçılığına qəsdən göz yumur və bu səbəbdən bu halın aradan qaldırılması mümkünsüzə yaxındır.

Related Articles

Bir cavab yazın

Back to top button