Azərbaycanİran

Azərbaycanlı fəal Evin zindanında ağır və qeyri-müəyyən şərayitdədir

Onun salıq durumunun yaxşı olmadığı bildirilir.

Tehranda yaşayan və Evin zindanının 4-cü bölməsində saxlanılan işçi hərəkatının güneyli fəalı Rza Şəhabinin sağlıq durumunun ağır olduğu bildirlir.

İnsan haqları təşkilatları müxtəlif xəstəliklərdən əziyyət çəkən Şəhabinin müalicə olunması və dərmanlarının çatdırılmasına imkan verilməiyini qeyd ediblər.

“Onun işinə baxılması və sağlıq durumunun nəzərə alınması ilə bağlı çox saylı müraciətlərə baxmayaraq, sinfi fəal bilərəkdən incidilir və həbsxananın 4-cü bölməsində saxlanılmasına davam edilir”,- deyə, Rza Şəhabinin həmkarları bildiriblər.

Onlar fəalın işinin İnqilab Məhkəməsinə göndərilməsi və barəsində qəti, son qərarın verilməsinə qəsdən maneçilik törədildiyini deyirlər.

Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib. O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb.

Related Articles

Bir cavab yazın

Back to top button