İran

Azərbaycanlı fəal Pərisa Rəfii 15 ay həbs cəzasına məhkum edilib

Evin zindanında saxlanılan azərbaycanlı qadın haqları fəalı Pərisa Rəfiiyə Tehranın 36-cı təcdid nəzər məhkəməsi tərəfindən 15 ay həbs cəzası verilib. Fəal “İslam Cümhuriyyəti rejiminə qarşı təbliğat aparmaq” ittihamı ilə təqsirləndirilib. Məlumata görə, Rəfii 1398-ci ilin ordibeheştində zindandakı durumu barədə yazdığı məktuba görə həbs cəzasına məhkum edilib. Bildirək ki, fəal məktubunda özünün və başqa məhbus qadınların məruz qaldığı basqı və işgəncədən söz açıb.
7 aydan bəri tutuqlu olan Rəfii daha öncə İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən irəli sürülən ittihamlardan bəraət qazanıb. Fəalın vəkilinin məlumatına görə, hakim Rəfiiyə əvvəllər məhkumluq həyatı yaşaması səbəbilə 137-ci maddəyə əsaslanaraq hökm oxuyub. O, ilk məhkəməsində Tehranın 26-cı İnqilab Məhkəməsində bəraət qazanıb, ancaq dadsitanın etirazı ilə deyin 30-da təcdid nəzər məhkəməsi qurulub. Vurğulayaq ki, Tehran Danişqahının öyrəncisi Pərisa Rəfii qadın haqlarına dair fəaliyyətləri ilə tanınır. Qeyd edək ki, İranda türk qadın fəallar hər zaman daha çox basqıya məruz qalırlar. İranın İslami Huquq Sisteminə görə qadınların şəxsi azadlığı nəzərə alınmır. Hazırda İran icbari baş örtüsü qanununu tətbiq edən nadir ölkələrdəndir.

Related Articles

Bir cavab yazın

Back to top button