Azərbaycanİran

Azərbaycanlı fəal Valeh Zamani müvəqqəti azadlığa buraxılıb

Avqustun 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərindən olan və 3 aya yaxındır Tehranın Evin zindanının 209-cu bölməsində saxlanılan işçi hərəkatı fəalı Valeh Zamani məhkəməyə azadlığa çıxıb.

Valeh Zamani 2 milyard tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbət buraxılıb.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq təkadamlıq kamerada saxlanılır, müalicəsinə və dərmanlarının əldə edilməsinə icazə verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button