Azərbaycanİran

Azərbaycanlı fəal Zeynəb Həmrəng Seyidbəyli şərti azadlığa buraxılıb

Tehranın “Evin” zindanında saxlanılan güneyli müəllim və sinfi fəal Zeynəb Həmrəng şərti azadlığa buraxılıb.

Həbs cəzasının çox hissəsini çəkən müəllim Zeynəb Həmrəng Seyidbəyli ağır xəstəliyi səbəbindən sərbəst buraxılıb.

50 yaşlı Zeynəb Həmrəng Ərdəbil əyalətinin Muğan bölgəsindəndir və həbs olunana qədər Tehran şəhərində yaşayıb.

Müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb.

Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button