
Səid Mürtəzəvi vəzifədə olduğu müddətdə külli miqdarda korrupsiya və digər cinayətlərdə ittiham olunaraq, 2013-cü ildə tutulub, bir müddət sonra isə azad olunub.
Həmin dövrdə Mustafa Türk Həmədani 2 digər əməkdaşı ilə birgə hüquqları pozulmuş bir sıra fəhlələrin haqlarını qorumağa çalışıb. Səid Mürtəzəvi bu səbəbdən Həmədanini şikayət etmişdir.
Həmədani 10 il əvvəkli şikayət əsasında 91 günlük həbs cəzasını çəkmək üçün mayın 5-də özünü Tehran şəhəri Evin Həbsxanasına təqdim etməli olub.
“Həbs olunmamaq üçün dostlarımın köməyi ilə bütün qanuni cəhdlərimi elədim, lakin mümkün olmadı”, – deyə Mustafa Türk Həmədani həbsə alınmasından əvvəl “X” sosial şəbəkəsində bildirib.